Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vatsapda yeni funksiya: vaxtınıza qənaət edəcəksiniz

Vatsapda yeni funksiya: vaxtınıza qənaət edəcəksiniz

Tarix: 14 Oktyabr 2024 20:28

Vatsap sosial şəbəkəsində vaxtınıza qənaət etməyə kömək edəcək daha bir faydalı funksiya olacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Portal mütəxəssislərinin fikrincə, vatsap sürətləndirilmiş rejimdə videolara baxmaq imkanı əlavə edəcək. İstifadəçilər videonun oxudulmasını 1,5 və ya 2 dəfə sürətləndirə biləcəklər.

Yenilik vatsapın beta versiyasında iOS cihazları üçün 24.20.78 nömrəsi altında aşkar edilib. Onun bütün sosial şəbəkə istifadəçiləri üçün nə vaxt əlçatan olacağı hələ dəqiqləşməyib.


Etiketlər:  Vatsapda yeni funksiya vaxtınıza qənaət edəcəksiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ