Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəstəkar Kamal Əhmədovun 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

Bəstəkar Kamal Əhmədovun 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

Tarix: 21 Oktyabr 2024 17:09

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar Kamal Əhmədovun 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, musiqişünas Günay Məmmədova konsertlə bağlı tamaşaçıları məlumatlandırıb.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq Artisti Gülbacı İmanova) və tarda Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayevin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Tural Ağasıyev (tenor), Respublika və beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım-Nicat (tenor), Talıb İsgəndərli (bariton), Nigar Əskərova (soprano), Safura Aslanova (soprano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Xəyyam Mirzəzadə "Səməd Vurğunun poemasına musiqili illüstrasiyalar", Kamal Əhmədov "Vətəndir" romansı (sözləri Elbəy Maqsudov), "Azərbaycan bayrağı", "Əbədi məşəl" (sözləri Xanəli Kərimli) səslənib.


Etiketlər:  Bəstəkar Kamal Əhmədovun illik yubileyinə həsr olunmuş konsert keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ