Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2019 16:45
Bakı. Trend:
Dübəndi limanının kanalı və yanalma körpüləri ətrafında dibdərinləşmə işlərinin yerinə yetirilməsinə və çıxarılmış süxurun dampinqdə basdırılmasına dair icazə sənədinin alınması məqsədilə ekoloji layihə materiallarının tərtib edilməsi xidmətlərinin satın alınması üzrə açıq müsabiqə elan edir.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtlərində göstərilən) (qiymət təklifi istisna olmaqla) 10 dekabr 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 20 dekabr 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 24 aprel 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:
Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin