Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəfələrlə Quranı yandırmışdı - cəzası bəlli oldu

Dəfələrlə Quranı yandırmışdı - cəzası bəlli oldu

Tarix: 6 Noyabr 2024 07:26

İsveç məhkəməsi dəfələrlə Quran yandıran sağçı ekstremist "Sərt kurs" partiyasının lideri Rasmus Paludanı ictimaiyyət arasında nifrəti qızışdırdığına görə dörd aylıq həbs cəzasına məhkum edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

İttiham Paludanın 2022-ci ilin aprel və sentyabr aylarında Malmödə "Quranyandırma aksiyaları"nda verdiyi açıqlamalarla bağlıdır. Məhkəmənin fikrincə, siyasətçi müsəlmanlar da daxil olmaqla, insanlara hörmətsizlik ifadə edib və onun hərəkətlərinə İslamın tənqidi və ya siyasi seçki ritorikası ilə bəraət qazandırmaq olmaz. Söhbət həm sağçı radikalın müsəlmanlarla bağlı açıqlamalarından, həm də Quranın yandırılması faktından gedir.

"Sərt kurs"un lideri məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.


Etiketlər:  Dəfələrlə Quranı yandırmışdı cəzası bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ