Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şevçenko ilin məşqçisi seçildi

Şevçenko ilin məşqçisi seçildi

Tarix: 4 Dekabr 2019 13:48

Bakı. Trend:

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko ölkəsində 2019-cu ilin ən yaxşı məşqçisi seçilib.

Trend-in məlumatına görə, Ukraynanın əfsanəvi futbolçusu 2016-cı ildən çalışdırdığı yığmanı Avro-2020-nin final mərhələsinə çıxarıb.

Qeyd edək ki, Ukrayna millisi seçmə mərhələni qrup lideri kimi tamamlayıb. Yığma tarixlərində ilk dəfə ili məğlub olmadan başa vurub.

İlin ən yaxşı qapıçısı "Şaxtyor" və millinin qolkiperi Andrey Pyatov olub. "Mançester Siti"nin yarımmüdafiəçisi Aleksandr Zinçenko isə Ukraynanın xaricdə çıxış edən ən yaxşı futbolçusu adına layiq görülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şevçenko ilin məşqçisi seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ