Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2019 15:36
Elektron ticarət üzrə dünya liderlərinin siyahısında 10 mövqedən 8-i Avropa ölkələrinin payına düşür. Birinci yerdə Niderland, ikinci yerdə İsveçrə qərarlaşıb. İlk onluğa daxil edilmiş Avropa ölkəsi olmayan 2 dövlət aşağıdakılardır: Sinqapur (3-cü yer) və Avstraliya (10-cu yer).
“ICTnews” Elektron Xəbər Xidməti “news.un.org” saytına istinadən yazır ki, elektron ticarət iqtisadi inkişaf üçün geniş imkanlar yaradır, ancaq kasıb ölkələrdə yalnız bəzi insanlar onun üstünlüklərindən yararlanmaq imkanına malikdirlər.
Məsələn, Avropa ölkələrinin 50%-də internet istifadəçilərinin 80%-dən çoxu internet üzərindən alış-veriş edir, aşağı və orta gəlir səviyyəsinə malik ölkələrdə isə bu göstərici 10% təşkil edir.
Hesabata görə, 2017-ci ildə əvvəlki illə müqayisədə qlobal elektron ticarət bazarının həcmi 22% yüksəlib və onun dövriyyəsi 3,9 trilyon dollar təşkil edib.
Mütəxəssislərin fikrincə, qlobal şəbəkədə elektron ticarət bazarının genişlənmə tempi bir çox amillərlə bağlıdır (ilk növbədə, internet serverlərin təhlükəsizliyi, bu və ya digər yerdə poçt xidmətlərinin mövcudluğu, internetə girişə malik insanların sayı və sairə).
"Yeni məlumatlar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı rəqəmli fərqi göstərir – YUNKTAD-ın texnologiyalar və logistika departamentinin direktoru Şamika Sirimann deyib. O, az hazırlıqlı dövlətlərə öz infrastrukturlarını yaxşılaşdırmağa və insanları internetdə ticarətin üstünlüklərinə inandırmağa kömək etməyə səsləyib.
Emil Hüseynov