Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni dələduzluq növü: yatsanız yuxunuza girməz - Azərbaycanlı adları ilə...

Yeni dələduzluq növü: yatsanız yuxunuza girməz - Azərbaycanlı adları ilə...

Tarix: 4 Dekabr 2024 22:28

Kiberdələduzlar əvvəl sosial şəbəkələrdə xarici adlarla vətəndaşlara mesaj yazır, tora salmaq istəyirdilər, indi azərbaycanlı adları ilə saxta profillər açır, linklər göndərirlər...

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, mesajların mətni isə təxminən belədir: "Müraciətim təsdiqləndikdən sonra kartıma 50 min abş dolları kredit yükləndi. Mən və dostlarım bu kreditdən faydalanmışıq.

Linkə daxil olub siz də faydalanın"...

Son zamanlar sosial şəbəkələrdə populyar paylaşımların altında bu cür rəylərə tez-tez rast gəlinir.

İnformasiya texnologiyaları üzrə mütəxəsis Elvin Abbasov deyir ki, bu, fişinq dələduzluq adlanır və saxta profillər insanlara real insanın istifadə etdiyi hesab kimi təqdim edilir.

Elvin Abbasov deyir ki, dələduzlar bu cür cəhdləri müxtəlif qurumların adlarından da edir. Məqsəd isə birdir.


Etiketlər:  Yeni dələduzluq növü yatsanız yuxunuza girməz Azərbaycanlı adları ilə


RƏYLƏR