Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şamaxı” iki futbolçusunu komandadan qovdu

“Şamaxı” iki futbolçusunu komandadan qovdu

Tarix: 10 Dekabr 2024 00:38

"Şamaxı" iki futbolçusu - müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə yolları ayırması ilə bağlı rəsmi açıqlama yayıb.

Sonxeber.net xəbər verir ki, klub hər iki oyunçu ilə müqaviləyə xitam verildiyini bəyan edib.

Qeyd edilib ki, məsələ ilə bağlı klub hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir. 

Xatırladaq ki, komandanın baş məşqçisi Ayxan Abbasov da ötən gün "Turan Tovuz"la keçirilən oyundan sonra təşkil edilən mətbuat konfransında sözügedən futbolçularla bağlı çox danışmaq istəmədiyini bildirib: "Bəzi futbolçularla problemlərimiz var idi, ona da klub olaraq düzgün qərar verdik".


Etiketlər:  Şamaxı futbolçusunu komandadan qovdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ