Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2024 18:28
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko gələn il fevralın ortalarında Ermənistana səfər etməsi gözlənilir.
Sonxeber.net xəbər verir ki, səfərinin tarixi ilkin şəkildə razılaşdırılsa da, konkret gün müəyyən edilməyib.
Onun səfərinin son illərdə zədələnən Ermənistan-Rusiya münasibətləri fonunda İrəvan üçün əhəmiyyətli olduğu bildirilir. Ermənistan parlamentinin spikeri Alen Simonyan Matvienkonun ölkəyə gəlməsi üçün əlindən gələni etdiyini açıqlayıb.
Simonyanın Valentina Mavtienko ilə əvvəllər çox yaxın və səmimi münasibəti olub. Məlumata görə, Rusiya Federasiya Şurasının sədri sonuncu dəfə 2015 və 2020-ci illərdə Ermənistana səfər edib. Son 4 ildə bir neçə dəfə onun İrəvana gəlməsi ilə bağlı danışıqlar olsa da, bu, baş tutmayıb. Təxminən iki ay əvvəl Simonyan Matvienko ilə telefon əlaqəsi saxlayıb, bu zaman səfərlə bağlı ilkin razılıq əldə olunub.
2022-ci ildə Ermənistan parlamentindən Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya səfər edib. Burada Simonyan və Matvienko arasında görüş olub. Lakin müzakirənin gərgin keçdiyi, Simonyana müəyyən iradların bildirildiyinə dair məlumat yayılıb. Belə ki, V.Matveinkonun Simonyanı həmin ildə İrəvana səfər edən ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi və bəzi konqresmenlərlə səmimi olduğu üçün tənqid etdiyi bildirilir. Erməni spiker onun könlünü almağa çalışıb və İrəvana səfərə dəvət edib, lakin bu, baş tutmayıb. Matvienkonun bu hərəkəti erməni KİV-də "qısqanclıq" kimi təqdim olunub.
Qeyd edək ki, Valentino Matvienko Rusiya Prezidenti Vladimir Putinin ən yaxın və güvəndiyi kadrlarından hesab olunur. O, hətta Rusiyanın ən güclü qadınların biri kimi tanınır. /Globalinfo.az