Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2024 15:58
Yaxın Şərqdə "zorakılıq qövsü" genişlənib və İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb.
Sonxeber.net xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair "TASS"a müsahibəsində deyib.
Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində xroniki gərginlik və münaqişələrin alovlanmasının təkrarlanması əsasən ABŞ-nin məsuliyyətsiz hərəkətlərinin nəticəsidir.
"Qeyd olunan amillərin birləşməsi ötən ilin oktyabrında Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin qeyri-sabitləşməsinə səbəb olub. O vaxtdan bəri Fələstin-İsrail münaqişəsi zonasından zorakılıq qövsü Livan və Qırmızı dənizə qədər uzanıb. İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb", - nazir qeyd edib. /Apa