Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə Yeni il şənlikləri ləğv olundu - təhlükə var

Bu ölkədə Yeni il şənlikləri ləğv olundu - təhlükə var

Tarix: 31 Dekabr 2024 17:44

Edinburqda şotlandların Hoqmaney Yeni il bayramı üçün təşkil edilən küçə şənlikləri qasırğa xəbərdarlığına görə ləğv edilib. Həmçinin, Londonda da Yeni il atəşfəşanlığı güclü külək (sürəti 18 m/s-dən çox) səbəbindən baş tutmaya bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Böyük Britaniyanın meteorologiya xidməti tərəfindən verilən güclü külək, yağış və qarla bağlı xəbərdarlıq yanvarın 2-dək qüvvədə qalacaq. Şotlandiyada külək ən güclü həddinə çata bilər. Dekabrın 31-də hava şəraiti ən sərt həddə olacaq və xəbərdarlıq İngiltərənin şimalının böyük hissələrinə, eləcə də Uelsin bir hissəsinə şamil olunacaq.


Etiketlər:  ölkədə Yeni şənlikləri ləğv olundu təhlükə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ