Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gizli sənəd sızdırıldı – Rusiya bu iki ölkəyə hücum edəcək

Gizli sənəd sızdırıldı – Rusiya bu iki ölkəyə hücum edəcək

Tarix: 31 Dekabr 2024 23:38

Rusiya ordusu Yaponiya və Cənubi Koreya ilə mümkün müharibə üçün hədəflərin siyahısını hazırlayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə "Financial Times" gizli sənədlərə istinadla məlumat yayıb.

Nəşr bildirir ki, zərbə planlarına 160 obyekt, o cümlədən atom elektrik stansiyaları və digər mülki infrastrukturlar, eləcə də yollar, körpülər və zavodlar daxildir.

Sənədlər 2008-2014-cü illər arasında Rusiyanın şərq sərhədindəki potensial münaqişəyə hazırlıq məqsədilə zabitlərin təlimlərinə həsr olunmuş 29 gizli hərbi mənbədən götürülüb və hələ də Moskvanın strateji planları üçün aktual hesab olunur. (Teleqraf.com)


Etiketlər:  Gizli sənəd sızdırıldı Rusiya ölkəyə hücum edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ