Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ''dondu'' - -65 dərəcə şaxta qeydə alındı

Rusiya ''dondu'' - -65 dərəcə şaxta qeydə alındı

Tarix: 2 Yanvar 2025 17:46

Yanvarın 2-də Yakutiyanın (Rusiya) 19 şəhər və qəsəbəsində havanın temperaturu -50 dərəcədən aşağı olub.

Sonxeber.net xəbər verir ki, bu barədə Ural Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsi xəbər yayıb.

Ən aşağı temperaturlar Oymyakon, Batamay və Namtsı qəsəbələrində qeydə alınıb, burada termometrin göstəricisi -55°C-yə düşüb. Ust-Nera, Amqa və Çurapçada havanın temperaturu -54°C olub. Itık-Kyuel və Berdigestyaxda isə bir qədər "isti" olub - orada termometrin göstəricisi -53°C-ni göstərib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Hidrometeoroloji Mərkəzi yanvarda Uzaq Şərqdə temperatur rejiminin normadan aşağı olacağı barədə xəbərdarlıq etmişdi.

Bir gün əvvəl Oymyakon Yakutiyanın ən soyuq nöqtəsi olub. Belə ki, rəsmi məlumatlara görə, kənddə -56 dərəcə temperatur qeydə alınıb. Sosial şəbəkələrdə paylaşılan kadrlarda isə termometr -65 dərəcəni göstərib./oxu.az


Etiketlər:  Rusiya dondu dərəcə şaxta qeydə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ