Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəssamlar İttifaqının sədri: Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək ikiqat şərəfli bir işdir

Rəssamlar İttifaqının sədri: Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək ikiqat şərəfli bir işdir

Tarix: 6 Dekabr 2019 14:35

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü qiymətsiz bir aksiyadır.

Bunu Trend-ə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov deyib.

O, Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışı ilə ağac əkməyi olduqca şərəfli bir iş adlandırıb:

“Mən özüm də ağac əkməyi çox xoşlayıram. Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək isə ikiqat şərəfli bir işdir. Əminəm ki, bu ağaclar böyüyəcək və burada böyük bir bağ olacaq. Bundan yaxşı nə ola bilər ki?! Mən bu gün həqiqətən özümü çox xoşbəxt hiss edirəm”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rəssamlar İttifaqının sədri Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək ikiqat şərəfli işdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ