Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saatlıda birmərtəbəli ev yanıb

Saatlıda birmərtəbəli ev yanıb

Tarix: 6 Dekabr 2019 16:27

Bakı. Trend:

Saatlıda birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Kamallı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin tavanının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Saatlıda birmərtəbəli ev yanıb


RƏYLƏR