Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu gün xal qazanmışıqsa, mübarizədən qaçası deyilik" - Tərlan Əhmədov

Tarix: 6 Dekabr 2019 21:32

"İtkilərə baxmayaraq, komandadan mübarizəli oyun gözləyirdim. Bu qədər gözəl oyuna inanmırdım. Üç əsas oyunçumuz yox idi. Nəticədən çox oyun və Xəzər Mahmudovun debüt matçında yaxşı mübarizəsi məni sevindirdi. Yolumuza davam edirik. Vacib xal qazandıq. Fasiləyə yaxşı əhval-ruhiyyədə getmək istəyirdik. Buna nail olduq. Futbolçular və azarkeşləri təbrik edirəm. Gözəl mübarizə apardıq".

Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 14-cü turunda "Qarabağ"la heç-heçə etdikləri oyundan (2:2) sonra deyib.

48 yaşlı mütəxəssis kubokda Ağdam klubu ilə oyun öncəsi bu xalın onlara əlavə motivasiya verib-verməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Hələ bilmirəm. İki cəbhədə oynamaq üçün iki eyni heyət olmalıdı. Tito Frutosla Miyusko Boyoviç fevrala qədər bizə kömək edə bilməyəcək. Komandanı yığanda fikirləşirdik ki, mükafatçılar sırasında qərarlaşaq. Futbolçuları seçəndə bunu nəzərə alırdıq. Bir il ərzində komanda formalaşdırmaq çətindi. Bu xal motivasiya verir. Məni daha çox zədələr narahat edir. Yorğunluğa baxmayaraq, komanda köklənə bilir. Kubok matçına qədər vaxtımız var. Bu gün xal qazanmışıqsa, mübarizədən qaçası deyilik. Həmin matçlarda bacardığımız qədər yaxşı oyun göstərib, qələbə qazanmağa çalışacağıq.

 


Etiketlər:  Bu gün xal qazanmışıqsa mübarizədən qaçası deyilik Tərlan Əhmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ