Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2025 23:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda zəlzələnin iki illiyinə həsr olunmuş mərasimdə təbii fəlakət zamanı edilən yardımlarla bağlı Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq", - Ərdoğan azərbaycanlı səfirə mükafatı təqdim edərkən deyib.