Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Trampın sülh planı yoxdur” - Zelenski

“Trampın sülh planı yoxdur” - Zelenski

Tarix: 7 Fevral 2025 08:06

"ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı hələlik rəsmi planı yoxdur".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.

O əlavə edib ki, potensial planla bağlı mətbuatda çoxlu məlumatlar yayılacaq. Bu, reallıqla qismən üst-üstə düşə bilər, lakin əksər hallarda uyğun gəlmir.

"Nəşrlərdə nələr var... Əminəm ki, bu, prezident Trampın rəsmi planı deyil. Gəlin, rəsmi danışıqlarımızı və rəsmi nəticələri gözləyək", - deyə Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, konkret məsələlər hələ Trampın andiçmə mərasimindən əvvəl Amerika tərəfi ilə müzakirə olunub.


Etiketlər:  Trampın sülh planı yoxdur Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ