Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər

Azərbaycan Prezidenti: Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər

Tarix: 12 Fevral 2025 10:51

Avropa liderləri arasında (Prezident Trampla bağlı - red.) ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir.

Sonxeber.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində ifadə edib.

"Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb", - deyən dövlətimizin başçısı bunun onun fikri olduğunu, ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmədiyini vurğulayıb.


Etiketlər:  Azərbaycan Prezidenti Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ