Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onunla münasibətimi pozmağa çalışırlar''

''Onunla münasibətimi pozmağa çalışırlar''

Tarix: 16 Fevral 2025 10:45

Ağ Ev rəhbəri Donald Tramp bildirib ki, ABŞ kütləvi informasiya vasitələri yeni yaradılmış Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla onun münasibətlərini pozmağa çalışır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki,  bu barədə ABŞ lideri "Fox News" telekanalına eksklüziv müsahibəsində danışıb.

"Mən mətbuatın bu cür hərəkətlərini daim müşahidə edirəm. İlon mənə zəng edib dedi: "Bilirsiz, onlar bizi bir-birimizə qarşı qoymağa çalışırlar". Mən ona cavabında dedim: "Tamamilə doğrudur", - Tramp söhbətin təfərrüatlarını bölüşüb.

ABŞ prezidenti xatırladıb ki, jurnalistlər dəfələrlə guya fövqəladə xəbərlər dərc ediblər ki, o, ölkənin idarəçiliyini Maska həvalə edib, bəzi məqalələrdə isə hətta DOGE rəhbərini "prezident" adlandırıblar.

"Onlar bunu çox pis edirlər. Mən düşünürdüm ki, onlar bu məsələlərdə güclüdürlər, amma əslində zəifdirlər", - deyə Donald Tramp medianın onun Maskla münasibətlərini pozmaq cəhdlərini ironiya ilə qiymətləndirib.

ABŞ lideri əmin olduğunu bildirib ki, ölkəsinin vətəndaşları bu cür materiallar dərc edən nəşrlərin həqiqi məqsədlərini yaxşı başa düşürlər.


Etiketlər:  Onunla münasibətimi pozmağa çalışırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ