Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afət Telmanqızına qarşı DƏLƏDUZLUQ - FOTO

Afət Telmanqızına qarşı DƏLƏDUZLUQ - FOTO

Tarix: 17 Fevral 2025 17:30

Əməkdar jurnalist Afət Telmanqızı dələduzluqla üzləşib.

Sonxeber.net xəbər verir ki, teleaparıcı bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

O, evində kirayə qalan Aygün Cavadova adlı qadının oğlu ilə birlikdə ona məxsus mənzili ötən ay qarət edərək qaçdığını deyib. Qeyd edib ki, həmin şəxs "şəhid qızı" olduğunu deyərək əməllərinə davam edir.

Jurnalistin sözlərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunduqdan sonra Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilini kirayə verib:

"Şəmkir rayon sakini 1980-ci il təvəllüdlü, əvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı yanvarın 15-dən kirayənişin kimi evimə yerləşib. O, yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayəhaqqı ödəmədən 10-15 gün yaşayır. Daha sonra kirayəhaqqını ödəyəcəm deməklə yalan vədlər verərək vaxt uzadır, ən sonunda evləri qarət edib qaçır. Bu işi də tək görmür. Oğlu və bir tanışı ilə birgə silsilə oğurluqlar edir".

Telmanqızı evindən kompyüter, planşet, telefon və digər əşyaların oğurlandığını söyləyib.

Aparıcı sözügedən şəxsin görüntüsünü yayaraq onun 4 sutkalıq həbs edildiyini, hazırda isə azadlıqda olduğunu vurğulayıb: "Səs yazısı göndərib mənə hədə-qorxu gəlir".

A.Telmanqızı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub da ünvanlayıb. /Qafqazinfo


Etiketlər:  Afət Telmanqızına qarşı DƏLƏDUZLUQ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ