Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2025 09:54
Ukraynadakı münaqişəyə yanaşmalardakı fərqliliklər ABŞ və onun əsas avropalı müttəfiqləri arasında münasibətlərdə strateji uçuruma gətirib çıxarıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdən öncə bildirib.
"Prezident Donald Trampın dövründə Avropanın əksər hissəsi ilə ABŞ arasında strateji uçurum, transatlantik çatlar var. Bir tərəf Ukraynada müharibəni davam etdirməkdə israr edir, digəri isə münaqişəni dayandırmağa çalışır. Macarıstan sülhə qəti sadiq qalır", - Orban vurğulayıb.