Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dərmanı reseptsiz qəbul etmək olmaz - Ciddi fəsadlara yol açır - VİDEO

Bu dərmanı reseptsiz qəbul etmək olmaz - Ciddi fəsadlara yol açır - VİDEO

Tarix: 11 Mart 2025 13:33

Ana hamiləlik dövründə "Rouccutane" yəni, izotretinoin tərkibli dərman vasitəsini qəbul edib. Nəticədə körpə qüsurlu dünyaya gəlib. Avropa ölkələrindən birində baş verən bu hal ilk deyil. Adıçəkilən tərkibdə preparatlar düzgün qəbul edilmədikdə çox ciddi fəsadlara yol açacaq qədər ağırdır. Lakin Azərbaycanda da bu dərmanlar satılır və ən çox gənc qızlar bu preparatlar üçün apteklərə üz tutur. Özü də reseptsiz.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, həkim-dermotoloq Sevda Səmədova deyir ki, 1 il müddətinə bu dərman vatisələri bədəndən sovrulsa da, həkim nəzarətində qəbul edilməlidir. Əvvəllər qeyd olunan preparatları istehsal edən dərman şirkətləri 1 il hamiləik qadağası qoyurdularsa, artıq bunun da müddəti azaldılıb. Dərmanın ciddi fəsadlarından biri də tez-tez rast gəlinən ağır depresiya hallarıdır.

Qeyd olunan izotretinoin tərkibli dərman vasitələrinin reseptsiz apteklərdə satışı məsələsində gəldikdə isə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən "Xəzər Xəbər"ə bildirldi ki,  "İzotretinoin"in Rusiya, Böyük Britaniya, Türkiyə, Finlandiya, Almaniya, Avstriya, Belçika, Fransa və s. ölkələrdə qeydiyyatı var. Tərkibində izotretinoin olan dərman vasitələri aptekdən resept əsasında buraxılmalıdır. Hazırda dərman vasitələrinin dövlət reyestrində tərkibində izotretinoin olan 3 dərman vasitəsi var. Hər bir dərman vasitəsinin təsdiqlənmiş içlik vərəqələrini nəzərdən keçirsək, bu preparatların aptekdən yalnız resept əsasında buraxılmalı olduğu ilə bağlı qeydləri görə bilərsiniz. İçlik vərəqələrdə mövcud təhlükəsizlik problemləri ilə bağlı ətraflı məlumat verildiyi üçün əlavə rutin risk minimallaşdırma tədbirlərinin icrasına zərurət yaranmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  dərmanı reseptsiz qəbul etmək olmaz Ciddi fəsadlara açır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ