Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iPhone 17 Ultra” gəlir - FOTO

“iPhone 17 Ultra” gəlir - FOTO

Tarix: 18 Mart 2025 08:44

"Apple"ın "iPhone" seriyası üçün yeni bir dövr başlaya bilər. Sızan məlumatlara görə, "iPhone 17 Ultra" adlı dördüncü model buraxıla bilər.

Sonxeber.net xəbər verir ki, bu model "iPhone 17 Pro"da olmayan özünəməxsus xüsusiyyətlərə "Apple"ın flaqman titulunu daşıyacaq.

Məlumata görə, "Apple" sentyabr ayında təqdim edəcəyi yeni "iPhone" seriyasına "iPhone 17 Ultra" adlı yeni modeli də əlavə edəcək.

"iPhone 17 Ultra", "iPhone 17 Pro"dan fərqli olaraq daha kiçik, amma onda olmayan xüsusiyyətlərə sahib olacaq.

Ultranın daha böyük batareya üçün daha qalın dizayna sahib olacağı və daha yüksək tutumlu batareya ilə çıxacağı da bildirilir.

"iPhone 17 Ultra" Samsungun "Galaxy S25 Ultra" modeli ilə rəqib ola bilər.

"iPhone 17" seriyası ilə bağlı digər məlumatlardan biri də odur ki, "Plus" modeli "iPhone 17 Air" adlanacaq daha incə bir modellə əvəzlənəcək. /lent.az


Etiketlər:  iPhone Ultra gəlir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ