Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ Ombudsmanın diqqət mərkəzindədir

İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ Ombudsmanın diqqət mərkəzindədir

Tarix: 10 Dekabr 2019 12:02

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.

Trend-n məlumatına görə, müraciətdə zorakılıq ehtimalını, məsələnin ictimai və hüquqi məzmununu nəzərə almaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapmışdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ Ombudsmanın diqqət mərkəzindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ