Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İordaniya Kralı İlham Əliyevi təbrik edib

İordaniya Kralı İlham Əliyevi təbrik edib

Tarix: 27 Mart 2025 19:15

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Novruz Bayramı münasibətilə təbrik edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Zati-alinizə ən xoş arzularımı bildirir, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm".


Etiketlər:  İordaniya Kralı İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ