Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 18:12
Bakı. Trend:
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, qonağa xaricdə yaşayan azərbaycanlılar və ölkəmizin diaspor siyasəti barədə məlumat verilib.
Görüşdə diasporla əlaqələrin möhkəmləndirilməsi, informasiya siyasəti, diaspor təşkilatlarının fəaliyyəti, azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa İttifaqı ilə əməkdaşlığının perspektivləri müzakirə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin