Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 16:48
PSJ komandadan ayrılacağı gözlənilən futbolçusu Neymarın əvəzləyicisini tapıb.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi braziliyalı hücumçu klubdan ayrılacağı təqdirdə, “Liverpul”un futbolçusu Sadio Maneni transfer etməyə çalışacaq.
27 yaşlı seneqallı oyunçu bu mövsüm 15 matçda 9 qol vurub və 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, S.Mane 2016-cı ildən “Liverpul”un formasını geyinir.