Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2025 19:55
Nəhayət, çoxdan gözlənilən an gəlib çatdı! Justin Timberlake "The Forget Tomorrow" dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanlı izləyicilərinin qarşısında çıxış edəcək!
iTicket Production və Dream Group İnternational şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcək tədbirin biletləri artıq satışdadır.
27 iyul 2025-ci il tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq konsertin biletlərini rəsmi iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.
Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Justin Timberlake, musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. O, həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.
Justin-in uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10 "Grammy", 4 "Emmy" və "Can't Stop the Feeling!" hitinə görə "Oskar" nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilmişdir. O, həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış etmişdir.
Əgər siz də bu unudulmaz axşamın bir parçasına çevrilmək istəyirsinizsə, biletləri əldə etməyə tələsin!