Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Prokurorluq Bakıda iki piyadanın ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı

Baş Prokurorluq Bakıda iki piyadanın ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı

Tarix: 11 Dekabr 2019 11:21

Bakı. Trend:

Dekabrın 10-da saat 21 radələrində Şabran rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Təbriz Rövşən oğlunun etibarnamə əsasında idarə etdiyi “Kamaz 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar Cabbarlı Tural Mustafa oğlu və Sultanlı Dilarə Bəxtiyar qızını vurması nəticəsində sonuncular hadisə yerində vəfat ediblər.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, fakta əsasən, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.

T.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Baş Prokurorluq Bakıda piyadanın ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ