Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2025 12:04
UEFA Millətlər Liqasının final oyununa görə komandanın ulduz futbolçusu Alvaro Morato problem yaşayıb.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya ilə oyunun penaltilər seriyasında topu qapıdan keçirə bilməyən futbolçu ölümlə hədələnib.
Təhdidlər alan hücumçu bunları deyib:
"Bu, mənim üçün yeni olmasa da, xoşagəlməz haldır. Çox danışmaq istəmirəm. Hər halda məni başa düşərsiniz".
Bu azmış kimi, Moratanın arvadı Alisa Kampello da hədələrdən yan qaça bilməyib. İnsanların ağıllarını itiridiyi deyən Kampelloya "Küçədə görsəm, ərini öldürəcəyəm" mesajı yazılıb.
Qeyd edək ki, əsas vaxtı 2:2 hesabı ilə bitən final matçı Portuqaliyanın penaltilərdə 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Hüseyn