Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dubay şokoladları ilə bağlı saxta məhsul xəbərdarlığı – Ölümcül risk var

Dubay şokoladları ilə bağlı saxta məhsul xəbərdarlığı – Ölümcül risk var

Tarix: 12 Iyun 2025 15:42

Birləşmiş Krallığın Qida Standartları Agentliyi (FSA) Dubayda məşhurlaşmış viral şokoladlarla bağlı saxta və təhlükəli məhsullar barədə xəbərdarlıq yayıb.

Sonxeber.net xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkələrdə populyarlıq qazanan, içliyi fıstıq və kadaif xəmirindən ibarət olan bu şirniyyatın bəzi saxta versiyaları insan sağlamlığına ciddi təhlükə yaradır.

Bu məhsullarda küf toksinləri, qadağan olunmuş boyalar və xərçəng riski daşıyan kimyəvi maddələr aşkarlanıb.

FSA-nın elmi müşaviri professor Robin May bildirib ki, xüsusilə allergiyası olan insanlar üçün bu məhsullar ölümcül ola bilər. Qurum vətəndaşlara yalnız etibarlı, Britaniya standartlarına uyğun etiketli məhsullar almağı tövsiyə edir.

Agentlik təhlükəli məhsulların satışdan yığışdırılması üçün yerli orqanlarla əməkdaşlıq etdiyini, araşdırmaların davam etdiyini açıqlayıb.


Etiketlər:  Dubay şokoladları ilə bağlı saxta məhsul xəbərdarlığı Ölümcül risk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ