Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Benzia bu kluba keçə bilər

Benzia bu kluba keçə bilər

Tarix: 5 Iyul 2025 23:42

"Qarabağ"dan ayrılan Yassin Benzia karyerasını Çində davam etdirə bilər.

Sonxeber.net xəbər verir ki, "Çanqçun Yatai" azad agent statusunda olan əlcəzairli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Bu barədə "Africafoot" məlumat yayıb. Çin klubu 30 yaşlı futbolçuya yüksək maaş təklif edib. Benzia hələ qərarını verməyib.

Qeyd edək ki, Benzia 2023-cü ilin yanvar ayında "Qarabağ"a keçmişdi. Əlcəzair millisinin üzvü komandanın heyətində meydana çıxdığı 104 rəsmi matçda 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

 


Etiketlər:  Benzia kluba keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ