Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 13:54
Bakı. Samir Əli - Trend:
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri Təhsil Nazirliyinin diqqətindədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi həmin məktəblərdə şagirdlərin dərsliklərlə təmin olunmasını öz üzərinə götürüb:
"Eyni zamanda həmin məktəblərdə kadr təyinatı məsələsi də Təhsil Nazirliyinin diqqətindədir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin