Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 02:28
Bakı. Trend:
ABŞ Senatının Osmanlı İmperiyasında qondarma "erməni soyqırımı"nın tanıması ilə bağlı qəbul etdiyi qərarın Ankara və Vaşinqton arasındakı ikitərəfli əlaqələrin gələcəyinə təhdid edir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İctimaiyyətlə Əlaqələr Administrasiyasının rəhbəri Fahrettin Altun öz "Twitter" səhifəsində bildirib.
F.Altun deyib: "ABŞ Konqresinin bəzi üzvlərinin davranışı Türkiyə-Amerika münasibətlərinə zərər verir. Dünən ABŞ Senatının Xarici əlaqəlar Komitəsi tərəfindən təsdiq edilmiş sanksiyalar paketi və [1915-ci ildə Osmanlı İmperiyasında “erməni soyqırımı” nın tanınması haqqında] Ermənistan Senatının bu gün qəbul etdiyi qətnamə ikitərəfli münasibətlərimizin gələcəyinə təhdid edir".
O həmçinin qeyd edib ki, "sanksiyalar və təhdidlər [Türkiyəyə] milli təhlükəsizlik maraqlarını qorumağa mane olmayacaq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin