Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 11:04
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda dünən keçirilən "Dinamo" (Kiyev) - "Luqano" oyununu idarə edib.
Qol.az xəbər verir ki, Kiyev şəhərindəki NSK Olimpiyski stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb.
Ə. Ağayev sözügedən görüşdə İsveçrə klubunun 4 futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, bu nəticədən sonra B qrupunu "Dinamo" 7 xalla 3-cü, "Luqano" 3 xalla sonuncu pillədə başa vurub.