Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 10:08
Rus məşqçi Leonid Poxomov Qazaxıstan millisində işlədiyi dövrlə bağlı açıqlama verib.
Qol.az xəbər verir ki, “Matç TV”yə müsahibəsində o, Azərbaycan millisi ilə matçdan əvvəl baş verən bir maraqlı hadisə haqda danışıb.
“Azərbaycanla yoldaşlıq oyunu keçirirdik. Heyətə planlaşdırdığım kimi, ehtiyat oyunçuları dəvət etdim ki, onları yoxlayım. Birdən tribunalarda həyacan yaşandı. Mənə bildirdilər ki, Nazarbayev oyuna gəlir, udmaq lazımdır. Necə yəni udmaq lazımdır? Yoxlama oyunu olduğu halda niyə qalib gəlməliyik? Dedim ki, meydana kimi nəzərdə tutmuşamsa, onlar da çıxacaqlar və mən Nazarbayevə necə işlədiyimizi izah edərəm.
O, matça gəlmədi. Biz isə 2:3 hesabı ilə uduzduq. Sonra futbol rəisinin otağına girdim. Kreslosuna söykənmişdi. Dedim ki, sizinlə bir daha işləməyəcəyəm. Hələlik”.
Qazaxıstanda futbol sistemini tənqid edən Poxomov bildirib: “Görünür ki, futbolu inkişaf etdirmək istəyirlər. Amma öz aralarında hələ müəyyənləşdirə bilməyiblər ki, kim hansı sahəyə cavabdehdir. Mənə bir ev vermişdilər. Federasiyaya piyada gəlirdim. Soruşurlar ki, harda idiniz. “Siz saat 9-dan 18-ə qədər işdə olmalısınız”. Cavab verdim ki, hər şey aydındır. Mən getdim”.
Qeyd edək ki, L.Poxomov 2002-2004-cü illərdə Qazaxıstan millisini çalışdırıb.