Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinli və qambiyalı tələbələrin Azərbaycandakı sərgüzəştləri - Əcnəbi - FOTO

Çinli və qambiyalı tələbələrin Azərbaycandakı sərgüzəştləri - Əcnəbi - FOTO

Tarix: 16 Dekabr 2019 07:08

Ceesay Musa: "Dedim ki, mən insan yemirəm"

Min Feng: "Yetim" müraciəti çox qəribədir"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir. 

İki fərqli ölkənin vətəndaşlarıdırlar. Biri çinli, digəri qambiyalı. Təhsil almaq üçün Azərbaycana üz tutublar. Deyirlər ki, burada dil öyrənmək imkanları çox rahatdır. Onlara görə, əgər sən rus, ingilis və azərbaycan dilini eyni anda öyrənmək istəyirsənsə, mütləq Azərbaycana gəlməlisən...

"Əcnəbi" rubrikamızın qonaqları qambiyalı Ceesay Musa K və çinli Min Fengdir.
Ceesay Musa K Afrika qitəsində yerləşən Qambiyada Respublikasında anadan olub. Orta və ali təhsilini Qambiyada alıb. Məktəbi bitirdikdən sonra isə ölkəmizdə təqaüdlə təhsil almaq imkanı əldə edib: "Prezidentin "Qoşulmama hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə təhsil üçün qrantların verilməsi haqqında" sərəncamına əsasən Bakı Slavyan Universitetində Beynəlxalq meynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıram. Həm də müəllim kimi fəaliyyət göstərirəm".

Min Feng isə Bakı Slavyan Universitetinin hazırlıq şöbəsində ətraf mühitlə bağlı təhsil alır: "Azərbaycanda oxumağa gəlmək şansı qazandığım üçün qürurlanıram. İlk məqsədim rus dilini zənginləşdirməkdir. Ümid edirəm ki, bakalavr təhsilimi uğurla başa çatdıracağam və məhz bu ölkədə magistratura pilləsində oxuyacağam. Azərbaycanı çox sevdim. Burada çoxlu dostlarım var. Onların sayəsində rus və azərbaycan dillərini asanlıqla öyrənirəm. Düşünürəm ki, əcnəbi dillərdə danışmağım mənim üçün üstünlükdür".

"Bu şəhər məni inkişaf etdirdi"

Qambiyalı həmsöhbətimiz Azərbaycan haqqında ilk dəfə "Avroviziya" mahnı müsabiqəsində eşidib. Daha sonra Avropa Oyunlarının bizim ölkədə keçirilməsi, "Qarabağ" futbol komandasının Avropada uğurları ölkəmiz haqqında onda təsəvvür yaradıb. Məhz bu uğurlar ona ölkəmizi sevdirib və təhsil almaq üçün Azərbaycanı seçib: "Azərbaycanın mədəniyyəti çox zəngindir. Bu şəhər məni inkişaf etdirdi. Bir şəhərdə yaşayaraq iki dili öyrənmək imkanı qazandım. Mən buraya gələndə xarici dilləri bilmirdim. Bir ildə artıq ingilis və rus dillərini öyrəndim və rahat ünsiyyət qura bilirəm. Azərbaycan dilindən də az da olsa anlayışım var. Gələn semestrdən isə azərbaycan dilini səlis öyrənəcəyəm". 

"Azərbaycanda özünü inkişaf etdirmək imkanları var"

Çinli tələbənin isə məqsədi təhsilini bitirdikdən sonra Azərbaycanda yaşayıb, biznes qurmaqdır: "Azərbaycanda yaxşı təhsil və özünüinkişaf etdirmək imkanları var. Ən əsası isə insanları çox yaxşı, qayğıkeşdirlər. Düşünürəm ki,  yaxşı oxuyub, biznes qurmalı və insanlara kömək etməyin yollarını öyrənməliyəm".

Çinli müsahibimiz futbol oynamağı və izləməyi çox sevir: "Düzdür, Azərbaycan futbolu ilə dünyada məşhur deyil, amma gənc ölkə olmağınıza baxmayaraq, məşhur komandaları bura gətirməyi bacarıbsınız. Əslində, bu da böyük uğurdur".

"Adına layiq - Şah plovu"

Əcnəbilərlə söhbət edərkən Azərbaycan mətbəxindən danışmasaq, olmaz. Adətən həmsöhbət olduğumuz əcnəbilər Azərbaycan mətbəxinin kababını sevirlər. Kababın adını çəkən kimi müsahiblərimizin də üzlərində məmnunluq ifadəsi canlanır. Xüsusilə, qambiyalı tələbə Azərbaycan mətbəxini çox sevir. Hətta yataqxanada öz yeməklərini də özü hazırlayır: "Azərbaycan mətbəxini sevməmək olmaz. Düzdür, kababın xüsusi dadı var və ən gözəlidir. Amma plovun da yerini heç nə verməz.

Xüsusilə şah plovun... Həqiqətən, adına layiqdir".

İlk dəfə adını eşidəndə təəccübləndiyi yemək isə  həmsöhbətimizin "tri sestra" adlandırdığı, "3 bacı" dolması kimi məşhur olan badımcan, pomidor, bibər dolmasıdır: "Adı çox gülməlidir. Onu mənə təklif edəndə "insan yemirəm" demişdim. Universitetin yataqxanasında şərait çox yaxşıdır. Burada sizin ölkənin də yeməklərdən bişirməyə çalışıram. Düzdür, eyni dad alınmır, amma cəhd edirəm və bənzədirəm".


Etiketlər:  Çinli qambiyalı tələbələrin Azərbaycandakı sərgüzəştləri Əcnəbi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ