Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdə olan bacısına sevgi mesajları yazan gənci avtovağzalda tutdu - TƏFƏRRÜAT

Ərdə olan bacısına sevgi mesajları yazan gənci avtovağzalda tutdu - TƏFƏRRÜAT

Tarix: 17 Dekabr 2019 17:40

Lənkəranda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Heydər Əlilinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şadman Balayev Heydər Əlilinin bacısına votsapdan tanışlıq məzmunlu "SMS" mətnləri göndərib.

Heydər Əlili bundan qadının əri vasitəsi ilə xəbər tutub. O, qisas almaq niyyəti ilə Şadman Balayevi öldürmək qərarına gəlib. Bu məqsədlə 29 yanvar 2019-cu il tarixdə saat 9 radələrində bacısının ərindən Şadman Balayevin Bakı şəhərinə getmək üçün Lənkəran şəhərində "Ləvəngi dairəsi" adlanan ərazidə yerləşən avtovağzalda olduğunu öyrənib.

Evdən bıçaq götürüb və şalvarının kəmərinə keçirib. O, niyyətini bacısının ərindən gizlədərək sonuncunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə avtovağzala gəlib.

Heydər Əlili orada Şadman Balayevin avtovağzalın girişində avtobusların yanında dayandığını görüb. O, öldürmək məqsədilə Şadman Balayevə tərəf qaçıb.

Heydər Əlilinin ona tərəf gəldiyini görən Şadman Balayev oradan qaçmaq istəyib. Şadmanın qaçdığını görən Heydər onun arxasınca sürətlə gedib. Heydər Əlili Şadman Balayevi "Xan Lənkəran" restoranının arxa girişinə qədər təqib edib və orada qarşısını kəsərək yumruq və təpiklə vurub.

Daha sonra Şadman Balayevə bir neçə bıçaq xəsarəti yetirib. Şadman Balayev aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Heydər Əlilinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Etiketlər:  Ərdə olan bacısına sevgi mesajları yazan gənci avtovağzalda tutdu TƏFƏRRÜAT


RƏYLƏR