Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 15:12
“Samsung” şirkəti yeni ucuz “Galaxy A01” smartfonunu təqdim edib.
Aparat 8 nüvəli prosessor, HD təsvir ölçülü 5,7 düymlük “Infinity-V” displeyi və 5 meqapiksellik ön kamera ilə təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, modelin ikiqat əsas kamerası 13 (f/2.2) və 2 meqapiksellik (portret çəkilişi üçün dərinlik sensoru, f/2.4) sensorlara malikdir. Əməli yaddaşın tutumu konfiqurasiyadan asılı olaraq 6 və ya 8 QB, daxili yaddaş isə 128 QB təşkil edir.
“Galaxy A01” cihazının daxili akkumulyatorunun tutumu 3000 milliamper/saat təşkil edir, sürətli enerji doldurma texnologiyasının dəstəyi haqqında məlumat yoxdur.
Emil Hüseynov