Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“IDC”: “5G” qoşulmalarının sayı 1 milyardı ötəcək”

“IDC”: “5G” qoşulmalarının sayı 1 milyardı ötəcək”

Tarix: 19 Dekabr 2019 07:04

"International Data Corporation" (IDC) şirkəti dünya beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) bazarı üzrə ilk proqnozunu açıqlayıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ilkin qiymətləndirməyə görə, cari ilin yekunları üzrə dünyada "5G" qoşulmalarının sayı təqribən 10 milyon təşkil edəcək.

Sonrakı illərdə sahə üzrə sürətli inkişaf gözlənilir. Belə ki, 2019-2023-cü illərdə mürəkkəb faizlərdə ortaillik artım tempi (CAGR göstəricisi) 217,2 faiz səviyyəsində proqnozlaşdırılır.

Analitiklərin gözləntiləri özünü doğruldacağı təqdirdə 2023-cü ildə qlobal miqyasda "5G" qoşulmalarının sayı 1,01 milyarda çatacaq.


Etiketlər:  qoşulmalarının sayı milyardı ötəcək


RƏYLƏR