Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 07:52
2019-cu il sentyabrın sonunda dünyada beşinci nəsil (5G) şəbəkələrində rabitə xidmətlərindən istifadə edən abunəçilərin sayı 4 milyon təşkil edib. "Ovum" analitik şirkətinin proqnozuna görə, dekabrın sonuna bu göstərici 12,9 milyon olacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 2023-cü ildə dünyada 1,3 milyard "5G" abunəçisinin olacağı gözlənilir, yəni dünya əhalisinin 13%-i belə xidmətdən istifadə edəcək.
Hazırda dünyada 3GPP standartını dəstəkləyən 50 ədəd "5G" kommersiya şəbəkəsi mövcuddur. 2019-cu ilin sonuna onların sayı 67-yə çatmalıdır.
Cari ilin aprelindən "5G" kommersiya xidməti istifadəyə verilmiş Cənubi Koreyada "5G" şəbəkələrinə artıq 3 milyon qoşulma qeydə alınıb.