Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 21:12
Dünya nəhənglərindən olan Amazon karqo servislərində adətən öz xidmətlərindən istifadə edir. Bu səbəbdən sürətli çatdırılma dedikdə ağıla gələn ilk şirkətlərdən biridir. Açıqlanan statistikalara görə nəhəng şirkət bu il ərzində 2.5 Milyard karqonu sahibinə çatdırıb. Analitiklərin fikirlərinə görə bu sürətli irəliləyiş davam edərsə, rəqibi olan FedEx və UPS karqo şirkətlərini keçə bilər.
UPS ildə 4,7 milyard, FedEx 3 milyard karqo, Amazon isə 2,5 milyard karqonu sahibinə çatdırır.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, Morgan Stanley tərəfindən bildirilən məlumatlara əsasən, Amazon karqolarının təxminən 50%-ini öz hesabına çatdırır. Xüsusilə də şəhər və kənd mərkəzlərində Amazon bütün çatdırılmanı özü edir. Analitikin dediklərinə görə yaxın zamanlarda ABŞ-da evlərə karqo çatdırılmasında Amazon rəqibləri olan FedEx-i və UPS karqonu keçə bilər. Həmçinin 2020-ə qədər 10 dollarlıq paketlərdə 6.5 milyard karqonu keçəcəyi də gözlənilir.