Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tesla Cybertruck üçün hazırlanan möhtəşəm qaraj: Cyberbunker - FOTO

Tesla Cybertruck üçün hazırlanan möhtəşəm qaraj: Cyberbunker - FOTO

Tarix: 19 Dekabr 2019 21:24

Tesla yaxın günlərdə təqdim etdiyi Cybertruck pikapı ilə gündəm olmağı bacarmışdı. Maşın futuristik dizaynı ilə həm tənqid, həm tərif edilsə də ümumi olaraq müsbət qarşılanmışdı. Bu səfər isə bu maşına uyğun bir qaraj proyekti ortaya atıldı. Cyberbunker adındakı qaraj xüsusilə Cybertruck üçün hazırlanıb və bütün ehtiyyacları ödəyə biləcək şəkildə konstruksiya edilib.

Cyberbunker qarajı ilə həm Cybertruck-ı şarj etmək, həm də qarajın içində yaşamaq olur.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, Qaraj iki fərqli açılma mexanizminə malikdir. Bunlardan biri qarajın qapısını açaraq Cybertruck-ın içəri girməsi üçün nəzərdə tutularkən, digəri maşının hündürlüyünə görə açılaraq tavanın yüksəldilməsi üçün nəzərdə tutulub. Qaraj həmçinin bütün hava şəraitlərinə uyğun olaraq hazırlanıb. Qaraj sahibləri hətta istədikləri zaman içində yaşaya bilərlər. Digər diqqət çəkən nöqtə isə qarajın günəş panelləri ilə təchiz olunmasıdır. Bu səbəblə həm maşını şarj etmək, həm də yaşamaq üçün lazım olan enerjini təmin etmək mümkün olur.


Etiketlər:  Tesla Cybertruck üçün hazırlanan möhtəşəm qaraj Cyberbunker FOTO


RƏYLƏR