Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu İlqar Məmmədov da çox məzəli adammış'' - Azər Həsrət ''Real'' sədrinə

''Bu İlqar Məmmədov da çox məzəli adammış'' - Azər Həsrət ''Real'' sədrinə

Tarix: 20 Dekabr 2019 13:09

Bu İlqar Məmmədov ("Real" Partiyasının sədri - red) da məzəli adamdır, vallah. Yazır ki, "YAP, bax: sənin siyahın açıqlanmayınca, hardan namizəd olacağımı bilməyəcəksən". Yəni adam iddia edir ki, YAP oturub İlqar Məmmədovun hansı dairədən namizəd olacağını gözləyir ki, sonra siyahısını açıqlasın.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu jurnalist, siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, İlqar Məmmədov çox məzəli adammış:

"Ay adam, o boyda YAP-ın işi-gücü elə sənsən ki, durub hansı dairədən namizəd olacağını gözləsin? YAP-da İlqar Məmmədovu yenə biləcək yüzlərlə namizəd var ki, sadəcə, onların arasında seçim etdikləri üçün vaxt uzanır. Hə, bu İlqar Məmmədov, əslində, belə bir açıqlama ilə qabaqdangəlmişlik edir.

Özü gözləyir ki, YAP-ın ən samballı namizədinə alternativ olub uduzsun, sonra da iddia etsin ki, seçki saxtalaşdırıldı. Elə özünə güvənənsən, heç kimi və heç nəyi gözləmə, get, namizədliyini ver, qalib gəl. İddia etdiyin çoxsaylı tərəfdarların da sənin qələbəni dəstəkləyib təsdiqləsin".

Xatırladaq ki, gələn il fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


Etiketlər:  İlqar Məmmədov çox məzəli adammış Azər Həsrət Real sədrinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ