Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 13:10
“İnter”in sabiq müdafiəçisi Marko Materazzi son günlər gündəm mövsuzu olan “Yuventus”un hücumçusu Kriştiano Ronaldonun “Sampdoriya”nın qapısına başla vurduğu qola münasibət bildirib.
Qol.az xəbər verir ki, 46 yaşlı sabiq futbolçu İnstaqram hesabında Ronaldonun və özünün ən hündür məsafədən başla zərbə vurduğu şəklini paylaşaraq bu sözləri yazıb: “Sən də az qala mənim kimisən. Vurduğun qola görə təbrik edirəm. Afərin, CR7 Hava Yolları”.
Marko başla vurduğu qol zamanı Kriştianunun onun qədər hündürlüyə tullana bilmədiyini qeyd edib.
Materazzinin başla zərbə üçün tullandığı hündürlük 2 metr 70 santimetr olub. Ronaldo da isə bu 2,56 metrdir.
Qeyd edək ki, Marko Materazzi 2001-2011-ci illərdə “İnter”in şərəfini qoruyub.