Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 15:44
Bakı. İlhamə İsabalayeva - Trend:
2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artaraq 5095,0 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,7 faizi Gürcüstana, 17,6 faizi Rusiyaya, 11,5 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb.
Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5 faizi dəmir yolu və avtomobil, 16,8 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin