Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 21:26
"America's Got Talent" televiziya layihəsindən sonra dünyada böyük populyarlıq qazanan sirk ustası Üzeyir Novruzov üçüncü dəfə ata olub.
Sonxeber.net xəbər verir ki, məşhur, bu barədə sosial şəbəkədə məlumat verib. ABŞ-ın Las-Veqas şəhərində yaşayan sirk ustası oğluna "Leomiz" adını qoyub.
Qeyd edək ki, "Azərbaycanın Çarli Çaplini" kimi də tanınan Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla "Ginnesin Rekordlar Kitabı"na düşüb. Rekordun yenilənməsinin təsdiqlənmə mərasimi Çinin paytaxtı Pekində keçirilib. (publika.az)