Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 22:02
Rusiyada yaşayan Gülnarə adlı gənc qadın azyaşlı qızı ilə bərabər sevgilisini axtarmaq üçün Bakıya gəlib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, "Səni axtarıram" proqramına gələn Gülnarə saxlamaq iqtidarında olmadığını bildirərək 4 yaşlı qızı Fatiməni aparıcı Xoşqədəm Hidayətqızının üstünə atıb.
O deyib ki, qızının atası Balakən rayonunda yaşayan Məhəmməd Qulubəyli Nizami oğludur. Efirə gəlməkdə məqsədinin Məhəmmədin tapılması və Fatiməni ona təhvil verərək Rusiyaya dönmək istəyi olduğunu deyib.
Aparıcı efirdən Məhəmmədə səslənərək uşağına sahib çıxmasını istəyib.
Məhəmməd sonuncu dəfə 8 ay bundan əvvəl onunla telefon vasitəsilə əlaqə saxlayıb və Rusiyadan 10 illik deportasiya olunduğunu xəbər verib.