Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2019 05:16
Bakı. Trend:
Türkiyə prezidentinin administrasiyasının kommunikasiyalar üzrə departamentinin rəhbəri Fəxrəttin Altun ölkəsinin Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsi barədə məlumatları təkzib edib.
Trend-in məlumatına görə, bu F.Altun bu barədə öz "Twitter" səhifəsində yazıb.
F.Altun bildirib: "Sizin mənbələr səhvdir. Məlumatı məndən alın: S-400-ün alınamsı prosesi yekunlaşıb".
Qeyd edək ki, daha əvvəl "Bild" nəşri mənbələrə istinadən bildirib ki, lirənin məzənnəsinin düşməsi və ABŞ sanksiyalarının tətbiqi təhlükəsini nəzərə alaraq Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin